AZ

Paytaxtda bank kartından oğurluq edən şəxs saxlanılıb

d92e038b34caae486007e75c52045d7d.jpg
06.02.2025 11:40

Sabunçu rayonu ərazisində bir nəfərin bank kartından 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

 

TED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı A.Məmmədov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox