AZ

Havanın temperaturu kəskin düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

34548aabb29385305ed957432f8f4622.jpg
06.02.2025 12:20

Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində sulu qara keçəcəyi ehtimalı var.

 

Bu barədə TED.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

 

 

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

 

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

TED + bölməsindən digər xəbərlər

Daha çox