AZ

İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili davam etdirilir

 

f0bcb97169666397debc4af275071e4b.jpg
05.03.2025 12:57

“Azərpoçt” MMC-yə məxsus “Postcargo” şirkəti Qarabağ iqtisadi rayonunda fəaliyyət dairəsini genişləndirərək Şuşa şəhərinə də onlayn sifarişlərin çatdırılmasına başlayıb.

 

MMC-dən TED.az-a bildirilib ki, bu günə kimi Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən “Postcargo” artıq Şuşada yaşayan vətəndaşlarımızın da sifarişlərini tez və rahat şəkildə əldə etməsini təmin edəcək.

 

“Bunun üçün vətəndaşlar https://postcargo.az/ saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyadan sifarişlərini həyata keçirə və bağlamalarını birbaşa Şuşa Poçt Filialında qəbul edə bilərlər. Vətəndaşlardan çatdırılma məntəqəsini seçərkən AZ5800 indeks kodunu qeyd etmələri xahiş olunur”, - deyə məlumatda bildirilib.

 

Şuşa Poçt Filialı Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Xidmətləri Mərkəzində yerləşir. Xidmət həftəiçi saat 09:00-dan 17:00-dək, həftəsonu isə saat 09:00-dan 16:00-dək müştərilərin xidmətindədir.

TED + bölməsindən digər xəbərlər

Daha çox