AZ

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

 

ad4103682c762c3c639008ff917875e3.jpg
06.03.2025 11:20

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yol ötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 8-i saat 10:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) TED.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən müddət ərzində həmin hissədə hərəkətdə olarkən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox