AZ

DYP bu yolla bağlı sürücülərə xəbərdarlıq edib

4b870a9fd95c6601dc06e211d4c99829.jpg
05.03.2025 14:20

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

 

Bu barədə TED.az-a  BDYPİ-dən məlumat verilib.

 

 

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

 

"Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir", - məlumatda qeyd edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox