AZ

4SİM-in icraçı direktoru: Azərbaycan startapları Çində investisiya cəlb etmək şansı əldə edib

25c02ac69d646121414670528c43e25f.jpg
05.03.2025 14:00

Ötən il 10-a yaxın Azərbaycan startapı 4SİM-in dəstəyi ilə Çinin Tyanşin şəhərində təqdim olunub.

 

TED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan startapları Çində “unicorn” şirkətlərdə təcrübə keçib və investisiya cəlb etmək şansı əldə edib.

 

“Ümumilikdə 4SİM Dünya İqtisadi Forumu çərçivəsində 8 mərkəz ilə əməkdaşlıq edib, 14 tədbir və 18 layihə həyata keçirilib”, - deyə F.Cəfərov əlavə edib.

 

4SIM kimi qurumun MDB məkanında ilk Azərbaycanda mövcud olduğunu deyən qurum rəhbəri ötən il ərzində 30-dan çox ölkə ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu sözlərinə əlavə edib: “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək vermək və ölkəmizin Dördüncü Sənaye İnqilabı texnologiyalarının faydalarından bəhrələnməsini və bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasını təmin etmək əsas hədəfimizdir”.

TED + bölməsindən digər xəbərlər

Daha çox