AZ

"digital.login" vahid giriş sisteminə qoşulan informasiya sistemlərinin sayı açıqlanıb

299aaa5733c4db107e468ca975f9dbcd.jpg
05.03.2025 15:57

Ötən il vahid giriş sisteminin əhatə dairəsi və istifadəçi sayı genişləndirilib. "digital.login" vahid giriş sisteminə 160-dan çox informasiya sistemi qoşulub.

 

Bu barədə TED.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən rəqəmsal hökumətin inkişaf dinamikasını əks etdirən 2024-cü il göstəricilərinə istinadən xəbər verir.

 

 

Bildirilib ki, sistemdə aylıq 7 milyondan çox əməliyyat icra olunur. Əməliyyatların sayında 2020-ci illə müqayisədə 380%, 2021-ci illə müqayisədə 364%, 2022-ci illə müqayisədə 221%, 2023-cü illə müqayisədə 143% artım müşahidə edilib. Son illərin artım templərinə baxdıqda istifadəçi sayı 2020-ci illə müqayisədə 147%, 2021-ci illə müqayisədə 82%, 2022-ci illə müqayisədə 59%, 2023-cü illə müqayisədə 32% artıb. Sistemdə hazırda 4 milyondan çox aktiv istifadəçi var.

TED + bölməsindən digər xəbərlər

Daha çox