AZ

Bakıda bank kartından oğurluqda və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

b72c6e0ec98ffc672f384b51371ef943.jpg
05.03.2025 15:20

Paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

 

TED.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən – 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.

 

Bundan başqa, Səbail rayonu ərazisində bir nəfərin bank kartından 105 manatını oğurlamaqda şübhəli bilinən 19 yaşlı N.Piraliyevin saxlanılması da təmin edilib.

 

Araşdırmalar aparılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox