AZ

Beynəlxalq şirkət ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

432e1bd5290fe1281100e22494f09958.jpg
05.03.2025 17:40

“Adobe Systems Software Ireland Limited” şirkəti Dövlət Vergi Xidmətinin (DVX) Portalında elektron qaydada vergi uçotuna alınıb.

 

Bu barədə TED.az DVX-yə istinadən xəbər verir.

 

Belə ki, “Adobe Systems Software Ireland Limited” şirkətinin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il martın 1-dən etibarən qüvvəyə minib. Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin tarixdən etibarən şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar tərəfindən ƏDV məbləği hesablanmayacaq.

 

 

“Adobe Systems Software Ireland Limited” qrafik dizayn, multimedia məzmunu, sənədlərin idarə edilməsi və proqram təminatı həlləri üzrə dünya miqyasında tanınmış şirkətdir. “Adobe Creative Cloud”, “Adobe Acrobat”, “Adobe Photoshop” və digər proqram məhsulları vasitəsilə istifadəçilərə rəqəmsal yaradıcılıq və biznes həlləri təqdim edən şirkət İrlandiyada qeydiyyatdan keçib və fəaliyyətini beynəlxalq səviyyədə həyata keçirir.

 

Qeyd edək ki, ötən ilin sonlarında “Apple Distribution International Limited” şirkəti də Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar elektron xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox