AZ

Youtube Short istifadəyə verildi – TikTok-a rəqib gəlir

83411fbfcb977d80a5eaa90c03086be8.jpeg
02.03.2021 10:23

TikTok-un qısa müddətdə qazandığı uğur digər sosial şəbəkələrin də diqqətini çəkir. Google bu rəqabətə tab gətirmək üçün YouTube-dan istifadə edib.

 

HƏMÇİNİN OXU: YouTube 2021-ci ildə bu YENİLİKLƏRİ təqdim edəcək

 

TED.az xəbər verir ki, şirkət tətbiqin mobil versiyasına yeni xüsusiyyət artırıb. Youtube Shorts adlanan bu funksiya istifadəçilərə yaratdıqları məzmunu YouTube daxilində yayımlamağa imkan verir. Mobil yönümlü olan Short videoları şaquli axınla göstərir. Hazırda ABŞ-da satışa çıxarılan Short-ların qısa müddətdə qlobal satışa təqdim edilməsi gözlənilir.

 

Sjort videoları çox uğurlu alınıb və beta versiyası 3,5 milyard baxış toplayıb. Xeyli aktiv istifadəçisi olan YouTube Shorts xüsusiyyəti ilə TikTok-un ən böyük rəqibi olacaq.

 

Qeyd edək ki, sürətlə böyüyən TikTok-un aktiv istifadəçi sayı bu yaxınlarda 1 milyarda çatıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox