AZ

Nazir: Dövlət Proqramı çərçivəsində 77 nəfər dünyanın nüfuzlu universitetinə qəbul olub

 

1327a153d1eb9ffb2a87f26eb579fddc.jpg
15.05.2024 16:57

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu proqrama sənəd verən 220 nəfər Azərbaycan vətəndaşından 77-si dünyanın nüfuzlu universitetinə qəbul olub.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

 

Nazir bildirib ki, proqrama tam təqaüdlə qəbul olan tələbələr də var: “Bu göstərir ki, respublika fənn olimpiadalarında iştirak etmək bizi dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin parçasına çevrilməyimizə təsir edir. Sevindirici haldır ki, respublika fənn olimpiadalarına qoşulanların sayı 40 minə çatıb”.

TED + bölməsindən digər xəbərlər

Daha çox