AZ

Azərbaycanda birinci rübdə internet bankçılıq üzrə əməliyyatların həcmi 59 milyard manatı ötüb

 

eefd8489baaea7562952811af1f55284.jpg
15.05.2024 17:57

Müasir dövrdə maliyyə xidmətlərində texnologiyaların tətbiqinə maraq artmaqdadır. Mərkəzi Bank ölkəmizdə maliyyə inklüzivliyinin genişlənməsinə xidmət edir.

 

TED.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən "Fintex Sammit 2024" tədbirində deyib.

 

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə internet bankçılıq üzrə əməliyyatların həcmi 18 faiz artaraq 59 milyard manatı ötüb, mobil bankçılıq üzrə əməliyyatların həcmi isə 2 dəfə artaraq 15 milyard manat təşkil edib.

 

"Hesabat dövründə cari hesablarda aparılan müştəri köçürmələrinin say üzrə 93 faizi, həcm üzrə 75 faizi elektron bankçılıq vasitəsilə həyata keçirilib", - deyə R.Orucov qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox