AZ

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

 

1ab7f3fa43eb4562088811ef8311809d.jpg
15.05.2024 18:40

2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2161 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub.

 

TED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11,5 faiz artıb.

 

Cari ilin birinci 4 ayında kommersiya qurumlarının 72 faizi elektron qaydada, 28 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox