AZ

Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq - Kanako Mabuçi

f6cdd5bb800d11ea0d96783a473e0b58.jpg
10.06.2024 10:20

Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq.

 

TED.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib.

 

"Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq. O, müsbət dəyişikliklərə səbəb olmaq, cəmiyyətlərin imkanlarını genişləndirmək və dayanıqlı gələcək yaratmaq potensialına malikdir. Mobil rabitə və mobil internet istifadəçilərinin sayının artması, eləcə də mobil texnologiyalar əsasında istifadəçi xidmətlərinin sürətləndirilməsi və dayanıqlı biznes qurmaq metodları sayəsində mobil sənaye bu prosesdə açar rolu oynaya bilər. Beləliklə, mobil sənayenin dayanıqlı inkişaf məqsədlərinin (DİM) əldə edilməsi üzrə kollektiv səylərin bir hissəsinə çevriləcəyinə ümid edirik", - deyə o vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox