AZ

“Lockheed Martin” “it davası” üçün SZ hazırlayır

 

968f2a07b86ac0701270dad7da680d78.jpg
18.06.2024 20:40
“Lockheed Martin”in Süni Zəkası (SZ) “it davası” (iki hərbi təyyarənin arasında baş verən hava döyüşü-red.) həyata keçirir.

 

TED.az xəbər verir ki, “Lockheed Martin”in Qabaqcıl Layihələr Bölməsi SZ-nin taktiki mühitdə “hava-hava” müdaxilələrində necə üstünlük təmin edə biləcəyi ilə bağlı texnologiya nümayişi araşdırmasına başlayıb.
 
 
Texnologiya nümayişi proqramının bir hissəsi olaraq “Lockheed Martin” və “Lowa” Universitetinin Operator Performansı Laboratoriyası əməkdaşlıq qurub.
 
 
“Lockheed Martin”in açıqlamasında bildirilib ki, “Lockheed Martin”in Qabaqcıl Layihələr Bölməsinin Taktiki SZ komandası inkişaf etdirilən SZ proqram təminatını Operator Performans Laboratoriyasına məxsus L-29 “Delfin” reaktiv təyyarəsinə uğurla inteqrasiya edərək, uçuşlar həyata keçirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox