AZ

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

 

3c77aa846d029a2f583e63d58078369e.jpg
25.06.2024 16:40

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq.

 

AYNA-dan TED.az-a bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri “www.yolumuzqarabaga.az” portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

 

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 753 reys həyata keçirilib, 30624 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox