AZ

Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik

b95189aff83efa372ab71392d90d3e6e.jpg
27.06.2024 15:20

Aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdiyi çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik.

 

TED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) innovasiya festivalının açılışında deyib.

 

"Hazırda rəqəmsal texnologiyanın transformasiyası mərkəzini işə salırıq. Bunun üçün müvafiq yerlər ayırdıq. Məqsəd sahibkarlar üçün platforma təmin etməkdir. Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır", - deyən nazir vurğulayıb ki, bunun üçün uğurlu başlanğıc edilməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox