AZ

Ötən il müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 3024 vakansiya təqdim olunub

 

6bd05ae62f8d41cd55230a3b224ca889.jpg
25.06.2024 16:20

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 3024 vakansiya təqdim olunub.

 

Bu barədə TED.az-a  BŞTİ-dən məlumat verilib.

 

Ötən tədris ilində müsabiqələr nəticəsində 2769 nəfər işə qəbul olunub. Onlardan 1227 nəfəri müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1245 nəfəri müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 297 nəfəri isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

Həmçinin tədris ili ərzində məktəblərdə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 494 ixtisaslı kadr dəvət edilib.

VAKANSİYA bölməsindən digər xəbərlər

Daha çox