AZ

May ayında kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat olub

 

e89382860edc514d9a99658fde2a1c16.jpg
27.06.2024 14:00

May ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

 

TED.az Mərkəzi Banka istinadla xəbər verir ki, may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6259 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5245,6 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1003,3 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

 

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,2 faizini təşkil edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox