AZ

Beynəlxalq Kiberdiplomatiya Konfransının rəsmi saytı istifadəyə verilib

 

93a37edfd07fd9c09ba21c2deb6b04ec.jpeg
27.06.2024 13:50

Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın (ICCD) rəsmi internet səhifəsi cyberdiplomacy.gov.az/ istifadəyə verilib.

 

Bu barədə TED.az-a Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

 

Konfrans Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

 

Tədbirin əsas tərəfdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.

 

Saytda konfrans haqqında ümumi məlumat, təşkilatçılar, məruzəçilər və konfransın gündəliyi kimi bölmələr yer alıb. Eləcə də saytda tədbirdə iştirak etmək üçün qeydiyyat bölməsi yaradılıb.

 

Xatırladaq ki, Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış memorandum çərçivəsində aparılan əməkdaşlıq nəticəsində Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi və regional təmsilçiliyi eksklüziv olaraq Azərbaycana verilib. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar Azərbaycanda diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün bir araya gələcəklər.

 

Tədbir bu il sentyabrın 25-də “Fairmont Baku” otelində baş tutacaq.

 

Məlumat üçün qeyd edək ki, ICCD ilə paralel olaraq, eyni ərəfədə ölkəmizdə “ADEX 2024” 5-ci Yubiley Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox