AZ

Paytaxtın müxtəlif ərazilərində mobil telefonları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

 

f0da757a837cd6b6100b90f898ab0634.jpg
24.06.2024 12:20

İyunun 21-də Şıx çimərliyində içərisində mobil telefonu olan qadın çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sənan Zeynalov müəyyənləşdirilərək saxlanılıb.

 

Rayon polis idarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən marketlərin birində qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

 

Nərimanov Rayon Polis idarəsinin 16-cı polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisindəki avtoyuma məntəqəsində bir nəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ramel Səfərov saxlanılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox