AZ

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı 31 min 225 sorğu yerləşdirilib

 

cfdc9410d805f842db099af976fdd3af.jpg
20.06.2024 11:20

İyunun 20-nə olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 31 min 225 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TED.az-a bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 5302 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 2033-ü alternativ qeydiyyat mərkəzlərində, 107-si onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 2 306-sı sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 856 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

 

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-dək davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə, eləcə də 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

 

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

 

Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap vasitəsilə (+994 70 996 76 63, +994 70 996 36 62, +994 70 996 46 68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox