AZ

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin SAYI AÇIQLANDI

6f1473a41e2a3750ecf9d2a02301fc83.jpg
12.06.2024 15:40

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin sayı açıqlanıb.

 

Bu barədə TED.az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məlumata əsasən, 11.06.2024-cü il tarixə olan məlumata görə, buraxılış kartı alan taksi nəqliyyat vasitələrinin sayı 4032 ədəd, təlim keçən sürücülərin sayı isə 21344 nəfər təşkil edib.

 

İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər e-xidmet.ayna.gov.az linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

 

Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox