AZ

Ankarada F-16-ların Türkiyəyə tədarükünə dair sazişin imzalandığı bildirilib

 

2b7634ea46e375cf5bb4d8d02962361c.jpg
13.06.2024 12:57

Türkiyə ilə ABŞ arasında F-16 döyüş təyyarələrinin tədarükünə dair saziş imzalanıb.

 

TED.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda iki ölkənin nümayəndə heyətləri səviyyəsində müdafiə sazişlərinin icrasının təfərrüatları üzərində iş aparılır.

 

Nazirlikdə əmin ediblər ki, müzakirələrin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 

Xatırladaq ki, bu il yanvarın sonunda Amerika mətbuatı Türkiyə Hərbi Hava Qüvvələri donanmasının modernləşdirilməsi ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamışdı. Söhbət Türkiyəyə 40 ədəd “F-16 Blok 70” təyyarəsinin verilməsi və Türkiyə ordusunda xidmət edən daha 79 ABŞ qırıcısının modernləşdirilməsindən gedirdi.

Dünya bölməsindən digər xəbərlər

Daha çox