AZ

DİN “Son zəng”lə bağlı valideynlərə müraciət edib- FOTO

 

d25c8790d9ac6bd964e673bdce69246b.jfif
13.06.2024 13:35

Respublikamızda “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları bütün zəruri tədbirləri görəcək.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

 

“Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.

 

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi Dövlət Yol Polisi əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək”, - deyə məlumatda qeyd olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox