AZ

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri üzrə vaxtı keçmiş kreditlər 62 faiz azalıb

 

5b81c211c1bfb7831a96dc2295a69a22.jpg
13.06.2024 14:40

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunda kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib. Hazırda fondun aktiv portfeli 52,5 milyon manat təşkil edir.

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildirib ki, 2024-cü il 1 yanvar tarixinə Sahibkarlığın İnkişafı Fonduna öhdəlik üzrə qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 15,5 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlər 2024-cü il 13 iyun tarixinə 9,6 milyon manat və ya 62 faiz azalaraq, 5,9 milyon manata endirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox