AZ

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 

 

b9ae2668c73e2304d8f23ec1663ca65f.jpg
13.06.2024 15:20

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

 

Bu barədə TED.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox