AZ

Bayram günləri ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edilir

 

055123c3b1d0f3499a3be1f0b3bcefa1.jpg
13.06.2024 16:20

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib.

 

ADY-dən TED.az-a bildirilib ki, marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.

 

Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları hərəkətə başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox