AZ

DİN: Ötən gün 1 tapança və 6 tüfəng təhvil götürülüb

 

c241b786b4cc545ce439279773f99520.jpg
13.06.2024 17:20

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, iyunun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 6 tüfəng, 1 patron darağı və 116 müxtəlif çaplı patron təhvil götürüblər.

 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davam edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox