AZ

Startap və KOB-lar üçün investisiyaların cəlbi ilə bağlı vörkşop keçirilir

 

89406959506206b4bfac591eff2a9a67.jpg
13.06.2024 17:40

İyunun 13-14-də Bakıda Azərbaycanın Rəqəmsal İqtisadiyyatına İnvestisiya Qoyuluşu (IDEA) layihəsinin ikinci mərhələsi çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə birbaşa xarici investisiyaların hədəflənməsi və cəlbi, eləcə də rəqəmsal xidmət ixracının artırılması istiqamətində rəqəmsal KOB və startaplar üçün vörkşop keçirilir.

 

IDEA Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) təşəbbüsü ilə reallaşdırılır.

 

TED.az xəbər verir ki, tədbirdə çıxış edən 4SİM-in icraçı direktoru Fariz Cəfərov IDEA layihəsi barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində 100 şirkətlə aparılan sorğu və 15 şirkətlə müsahibə nəticəsində Azərbaycan üçün 13 istiqamət üzrə siyasət tövsiyəsi hazırlanıb. KOB və startaplar üçün rəqəmsal investisiyaların cəlbi həmin istiqamətlərdən biridir. Növbəti mərhələdə, Azərbaycan üçün “İnvesTech”in formalaşdırılması və investisiya kalkulyatorunun hazırlanması istiqamətində UNESCAP ilə birgə proqram icra olunacaq.

 

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus qeyd edib ki, iki günlük sessiya çərçivəsində startaplar vençur kapitallara çıxışla bağlı faydalı məlumatlar əldə edəcəklər.

 

Tədbirdə Azərbaycandan 11, Türkiyə və Tacikistandan isə 4 startap iştirak edir. Bu vörkşop şirkətlərin xarici investisiyalara çıxışını asanlaşdırmaq və xarici investisiyalar vasitəsilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün onların yeni kapital fondlarına daxil olmağa, riski azaltmağa, habelə yerli bilik və təcrübədən faydalanmağa dəstək olacaq.

 

Tədbirdə iştirak edən startap və KOB-lara beynəlmiləlləşmə planlarının həyata keçirilməsinə şərait yaradacaq yol xəritələrinin hazırlanması üçün mentorluq və qiymətləndirmə dəstəyi veriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox