AZ

Milli Kitabxanada “15 İyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

 

60464ba1e6c04d89e870478a4558e093.jpg
13.06.2024 17:57

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb və bu tarix 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.

 

Milli Kitabxanada “15 İyun - Milli Qurtuluş Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

 

Kitabxanadan TED.az-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər  Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox