AZ

Rusiyadan bir gün sonra ABŞ-a məxsus sualtı qayıq da Kuba sahillərinə yaxınlaşıb

 

40af3f71b226f562bd5ab7ff76fb03a7.jpg
13.06.2024 18:40

Rusiyaya məxsus hərbi gəmilər Kuba sahillərində hərbi təlimlərə başladıqdan bir gün sonra ABŞ-ın nüvə enerjisi ilə işləyən sürətli sualtı qayığı Kubanın Guantanamo limanında hərbi bazaya daxil olub.

 

TED.az xəbər verir ki, ABŞ Cənub Komandanlığının məlumatına əsasən, sualtı qayıq ümumiyyətlə, Cənub Komandanlığının nəzarətində olan bölgəyə yola çıxdığı üçün bu dayanacaq mütəmadi səfərin bir hissəsidir. Bildirilir ki, bununla yanaşı, ABŞ gəmiləri Rusiya təlimlərini izləyir və monitorinq edirlər.

 

Ötən gün Pentaqon rəsmisi təlimlərin ABŞ üçün heç bir təhlükə təşkil etmədiyini açıqlayıb. “Bu, təəccüblü deyil. Biz onların bu cür liman səfərlərini əvvəllər də görmüşük. Biz əlbəttə ki, bunu ciddiyə alırıq, lakin təlim ABŞ üçün heç bir təhdid təşkil etmir”, - deyə Pentaqonun sözçüsü Sabrina Sinx deyib.

 

Qeyd edək ki, Rusiya məxsus freqat, sualtı nüvə qayığı, neft tankeri və xilasedici gəmi Karib dənizində Kubanın Havana limanında hərbi təlimlərə başlayıb. Təlimlərin keçirildiyi liman ABŞ-ın Florida ştatından 90 km uzaqlıqda yerləşir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox