AZ

“Magistr” jurnalının 4-cü nömrəsini iyunun 20-dən etibarən əldə etmək mümkün olacaq

 

7e6c9a3021816d8b3efa0bba151ef020.jpeg
13.06.2024 19:20

“Magistr” jurnalının 4-cü nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc olunur. Bu nömrədə, həmçinin “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçimi və təsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunur.

 

Bu barədə TED.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

DİM bakalavrların nəzərinə çatdırır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilir.

 

Jurnalı iyunun 20-si saat 10:00-dan etibarən DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 21-dən 30-dək aparılacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox