AZ

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

 

4355179c16383387ad41acbe9bf6d9cd.jpg
13.06.2024 20:20

15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) TED.az-a bildirilib ki, bununla əlaqədar nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox