AZ

ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar

9c8f823f2e90d53bd9098d4f8c95e7c8.jpg
09.09.2024 11:57

Müştərilərin işini asanlaşdıran ABB bu istiqamətdə hər yeni imkanı dəyərləndirməyə çalışır.

 

Artıq ABB filiallarında müştərilərin şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmələrinə ehtiyac yoxdur. Müştərilər ABB filiallarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edib lazımi xidmətlərdən faydalana bilərlər.

 

Şəxsiyyəti təsdiqləyən bütün məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilir. Beləliklə, şəxsiyyət vəsiqəsinin fiziki olaraq saxlanılması kimi xüsusi istisna hallar nəzərə alınmazsa, müştəridən fiziki olaraq şəxsiyyət vəsiqəsi tələb etməyə daha ehtiyac qalmır. Bunun üçün, “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir.

ABB bu imkanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq əsasında yaradıb.

 

Xatırladaq ki, 2024-cü il 16 iyul tarixində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim oluna (əldə edilə) bilər.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən,abb-bank.az  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

TED + bölməsindən digər xəbərlər

Daha çox