AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

 

20c3965e71e53b79e0024ae503ff5a60.jpg
11.09.2024 17:40

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 14 və 15-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

 

ADY-dən TED.az-a bildirilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərlər.

 

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox