AZ

ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

a48378926dbe08293146be743f67a2d8.jpg
11.09.2024 17:57

Sentyabrın 10-da “TələbəPlus” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Bu barədə TED.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

 

ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov yeni tədris ilinə hazırlıqla bağlı məlumat verdikdən sonra fond və universitet arasındakı əməkdaşlıqdan bəhs edib. O, əməkdaşlıq çərçivəsində ADNSU tələbələrinə yeni tələbə kartlarının verilməsinin faydalı olacağını qeyd edib və bildirib ki, universitet digər önəmli layihələrin icrası ilə bağlı da fondla əməkdaşlıqda maraqlıdır.

 

Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən faydalanmalarını təmin etmək, eyni zamanda, onların sosial həyatına dəstək göstərmək məqsədi daşıyır.

 

Fondun İdarə Heyətinin sədri bildirib ki, layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartı istifadəyə veriləcək. “TələbəPlus” kartının ölkənin ali təhsil müəssisələri ilə yanaşı, gələcəkdə kollec və peşə təhsili müəssisələrində oxuyan tələbələrə də verilməsi planlaşdırılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox