AZ

ABŞ tədqiqatçıları: COVID-19 infarkt, insult və ölüm riskini artıra bilər 

14685d0158b3dd9cb242b56325332b67.jpg
11.10.2024 12:20

ABŞ-da tədqiqatçılar COVID-19-a yoluxanların növbəti üç ildə infarkt, insult və ölüm riskinin bu xəstəliyə tutulmayanlara nisbətən iki dəfə yüksək olduğunu müəyyənləşdiriblər.

 

TED.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Atherosclerosis, Trombosis, and Vascular Biology” jurnalında dərc olunan araşdırmaya görə, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Universiteti (UCLA) və Ohayo ştatındakı Lerner Araşdırma İnstitutunun alimləri sağlamlıq qeydlərini tədqiq ediblər. Bu, 250 min adamın qeydiyyatda olduğu İngiltərədəki Biobank adlı baza üzərindən aparılıb.

 

Alimlər 2020-ci ildə COVID-19-a yoluxan xəstələrin Biobankdakı məlumatlarını eyni dövrdə xəstəliyə yoluxmayan 222 mindən çox insanın məlumatları ilə müqayisə ediblər. Məlumatlara görə, 2020-ci ildə COVID-19 peyvəndi buraxılmamışdan əvvəl bu xəstəliyə yoluxanlar 11 mindən çox olub. Tədqiqatçılar COVID-19-a yoluxan 11 mindən çox insandan təxminən 3 min nəfərin xəstəxanaya yerləşdirildiyinə diqqət çəkib. Bildirilib ki, infarkt, insult və ölüm riski digərləri ilə (yoluxmayanlar) müqayisədə daha çoxdur. COVID-19 xəstəliyi olan və bu səbəbdən xəstəxanaya yerləşdirilənlərin infarkt, insult və ölüm riskinin zamanla azalmadığı ifadə edilib. Qeyd olunub ki, xəstəliyin niyə bu qədər uzunmüddətli təsir göstərdiyi hələ məlum deyil.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox