AZ

“Məktəbimizin Ailə İcma Birliyi” adlı layihənin açılış mərasimi keçirildi

f536cc8d9872186244faf4619576b123.jpg
07.11.2024 14:20

TED.az xəbər verir ki. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında 146 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Tacəddin Allahyar, Azərbaycan Disleksiya Birliyinin üzvü Əhmədova Vəfa, My Best Company MMC - nin təsisçi direktoru Hüseynzadə Şəbnəm, Hipnoz üzrə mütəxəssisi Ülkər İbadova, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

 

Layihə çərçivəsində məktəbdə 3 gün seminarların təşkili nəzərdə tutulur. Daha sonra valideynlər arasından məktəb-valideyn əməkdaşlığının səmərəliliyi üçün MAİB-in yaradılması ilə bağlı seçimlər ediləcəkdir. Seçilən valideynlərə MAİB-in əsasnaməsinin hazırlanması, iş strukturu, vəzifə, öhdəliklər və hüquqları, illik fəaliyyət planının hazırlanması istiqamətlərində təlimlər keçiriləcəkdir. Təlimlərdə seçilən valideynlər öhdəlik olaraq fəaliyyət planına uyğun məktəb daxilində fəaliyyətlər həyata keçirəcəklər. Layihə müddətində layihədən birbaşa faydalananlar 1000 nəfər olacaqdır. 

 

Layihənin icrasında məktəb rəhbərliyi, sinif rəhbərləri, məktəbin valideynləri və şagirdlər fayadalanacaqdır.

 

Beləliklə məktəbin rəhbərliyi məktəbin müəyyən problemlərini həll etməkdə özünə bir əməkdaş təşkilat, köməkçi qazanacaq, məktəbdə psixo-sosial durumun yaxşılaşdırılması istiqamətində uğurlu nümunə yaranmış olacaq və yaradılmış “MAİB” modeli və onların həyata keçirəcəyi fəaliyyətlər, struktiv iş digər məktəb valideynlərinə də təsir etmiş olacaqdır.

 

Xatırladırıq ki, Bakı şəhəri, Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox