AZ

“Qazaxıstan Dəmir Yolları”: Orta Dəhlizlə yük daşımaları artacaq

 

c5e279fd0ae5dca2ae080e09c23d9a5b.jpg
12.11.2024 10:40

Bu gün Bakıda Azərbaycan, Qazaxıstan və Çin arasında birgə müəssisənin yaradılması ilə bağlı keçirilən imzalanma mərasimi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Məqsəd Bakı Limanında yükaşırma həcminin artırılması ilə bağlı yeni İntermodal Yük Terminalının tikintisidir.

 

TED.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qazaxıstanın “Samruk–Kazına” SC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov deyib.

 

O bildirib ki, Çindən Qazaxıstan Dəmir Yolları vasitəsilə Ələt terminalına daxil olan yük və konteynerlərin Avropaya daşınması həyata keçiriləcək ki, bununla da Orta Dəhlizlə yük daşımaları artacaq.

 

Qeyd olunub ki, yaxın 1 ildə yük terminalının tikinti işləri başa çatacaq və 20 funtluq konteynerlər ekvivalentində ildə 300-350 min ədəd konteyner daşınacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox