AZ

“Nokia”: Texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılmasında rabitə operatorları əsas rol oynayacaq

 

f97a73ba0785b838d38cd1b6d8928e67.jpg
10.03.2025 10:00

“Nokia” şirkəti Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaranacağını gözləyir.

 

TED.az xəbər verir ki, bunu “Nokia Solutions and Netvorks Bakı” MMC-nin Azərbaycan və Avrasiya üzrə regional direktoru Aleksandr Şunin (Alexander Shunin) “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində panel zamanı çıxışında deyib.

 

“Trafik artdıqca şəbəkə optimallaşdırma və inkişaf tələb edəcək. Bu gün süni intellekt (AI) artıq bütün sənayedə əhəmiyyətli dəyişikliklər edir. İndi süni intellektin aktiv inkişafı fonunda bütün dünyada operatorlar şəbəkənin periferiya səviyyəsində yerli məlumat emalı mərkəzi yaradırlar. Təbii ki, bu proses Azərbaycandan da yan keçməyəcək. Süni intellektə malik yerli məlumat mərkəzi yaranan kimi texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi ortaya çıxacaq. Bu prosesdə rabitə operatorları əsas rol oynayacaq. Biz artıq qonşu ölkələrdə oxşar nümunələri görürük - məsələn, Qazaxıstan süni intellektini qazax dili üçün uyğunlaşdırır. Əminəm ki, yaxın gələcəkdə Azərbaycanda da analoji addım atılacaq”, - deyə A.Şunin əlavə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox