AZ

Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb

 

b4ec9cbcd2c16d5b2b58aac47ede2dbc.jpg
10.03.2025 15:57

Şimali Koreya bazar ertəsi Sarı dənizə doğru bir neçə naməlum ballistik raket atıb.

 

TED.az Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilib ki, raket yerli vaxtla saat 13:50 radələrində atılıb, lakin əlavə təfərrüatlar açıqlanmayıb.

 

Birləşmiş Qərargah Rəisləri ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində müşahidəni gücləndirdiyini və tam hazırlıq vəziyyətində olduğunu söyləyib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox