AZ

Ötən il Azərbaycanda 14 elektron pul təşkilatına lisenziya verilib

36ea6e88c3e61ce42b0e1174a890a48b.jpg
10.03.2025 14:57

Ötən il ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatora Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq lisenziyalar verilib.

 

Bu barədə TED.az-a Mərkəzi Banka istinadən xəbər verir.

 

Məlumata görə, təşkilatlar tərəfindən təqdim olunan ilkin məlumatlara əsasən elektron pul və ödəniş təşkilatlarının əməliyyatlarının illik həcmi 60.5 milyard manat, o cümlədən elektron pulun emissiyası və elektron pul ilə əməliyyatların həcmi 25.8 milyard manat olub.

 

Bununla yanaşı, elektron pul və ödəniş və təşkilatlarının fəaliyyətinə nəzarət çərçivəsində 2024-cü il ərzində 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 3-ü ödəniş təşkilatı, 4-ü elektron pul təşkilatı olmaqla isə ümumilikdə 7 təşkilata 8 icrası məcburi göstəriş verilib.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox