Vətəndaşlar ailə vəziyyəti haqqında arayışı rəqəmsal formada əldə edə biləcəklər

“mygov” platformasında yeni "Ailə vəziyyəti haqqında arayış” ( Subaylıq haqqında arayış) xidməti istifadəyə verildi. Bu yenilik sayəsində vətəndaşlar rəsmi olaraq ailə vəziyyətinin subay olduğunu təsdiq edən sənədi tam rəqəmsal formada əldə edə biləcəklər.
Bu barədə TED.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidən məlumat verilib.
Bildirilib ki, “Ailə vəziyyəti haqqında arayış” (Subaylıq haqqında arayış) yeni nikaha daxil olarkən, xaricdə nikah bağlayarkən, mülki-hüquqi məsələlərdə (məsələn, vərəsəlik və ya immiqrasiya prosedurlarında), xarici ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi üçün müraciət edərkən tələb oluna bilər.
Qeyd edək ki, xidmətin “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:
-Vətəndaş “mygov” platformasına giriş edərək “Xidmətlər” bölməsindən "Subaylıq haqqında arayış" xidmətinə daxil olur;
-"Yeni müraciət" düyməsinə klik edir;
-Arayışın təqdim olunacağı yeri seçir: ölkə və ya səfirlik;
-Siyahıdan uyğun ölkəni və ya səfirliyi seçir;
-Əlaqə nömrəsini və elektron poçt ünvanını daxil edir;
-Qeyd bölməsinə əlavə məlumat yazır (İstəyə bağlı olaraq);
-Daxil edilmiş məlumatları təsdiqləyir
-Yekunda sorğu Ədliyyə Nazirliyinə yönləndirilir
Sənəd hazır olduqdan sonra istifadəçi “mygov” platformasının “Tarixçə” bölməsindən "Sənədə bax" düyməsinə klik edərək arayışı əldə edə bilər. “Ailə vəziyyəti haqqında arayış”ın (Subaylıq haqqında arayış) alınması üçün dövlət rüsumu tələb olunmur.
"Bu yeniliyə qədər vətəndaşlar subaylıq haqqında arayışı əldə etmək üçün fiziki xidmət mərkəzlərinə və qeydiyyat şöbələrinə şəxsən müraciət etməli, bir sıra inzibati prosedurlardan fiziki olaraq keçməli idilər. Yeni rəqəmsal yanaşma bu prosesi tam elektronlaşdıraraq vətəndaşlara maksimum rahatlıq təmin edir, onların vaxt və resurs itkisinin qarşısını alır, dövlət xidmətlərindən istifadədə çevikliyi və əlçatanlığı artırır", - deyə məlumatda qeyd olunub.
TED + bölməsindən digər xəbərlər
“İstehlakçı hüquqları” mövzusunda keçirilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılıb


Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


Ukrayna bu il 4,5 milyon pilotsuz təyyarə almağı planlaşdırır


“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib


“Nokia”nın təmsilçisi: Tezlik verilən kimi, biz Azərbaycanda 5G infrastrukturunun reallaşdırılmasına hazır olacağıq


“Subaylıq haqqında arayış”ı rəqəmsal formada əldə etmək mümkün olub


Orxan Məmmədov: Hazırda KOBİA tərəfindən kiçik sahibkarlıq subyektlərinə “startap” şəhadətnaməsi təqdim edilir

Çinin aparıcı universitetləri süni intellekt və strateji sahələrdə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır


Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb


Sabahın hava PROQNOZU

DYP-dən növbəti çağırış: Dumanlı havada qəza riski artır!


Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb


Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb - İKTA


Ötən il Azərbaycanda 14 elektron pul təşkilatına lisenziya verilib


Sabahın hava PROQNOZU


“X” sosial şəbəkəsi çöküb?


“Microsoft” Cənubi Afrikada süni intellekt sahəsinə 298 milyon dollar sərmayə qoyur


İnternet və mobil bankçılıq xidmətləri vasitəsilə müştəri köçürmələrinin həcmi artıb


ANAMA: Ötən həftə 1 365,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib


Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 4-ü isə icrası məcburi göstəriş verilib


Martın 10-da magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq


Həftənin ən çox oxunanları
8 Marta özəl 8% keşbek


8 martda hava necə olacaq?


DYP bu yolla bağlı sürücülərə xəbərdarlıq edib


Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər


Azərbaycanda bu lampaların satışı qadağan edilir


"digital.login" vahid giriş sisteminə qoşulan informasiya sistemlərinin sayı açıqlanıb


AAYDA sürücüləri bu yolda diqqətli olmağa çağırdı


Azərbaycanda bu şəxslər mülki odlu silah əldə edə biləcəklər


"mygov"un istifadəçi sayı 960 mini ötüb

