AZ

ANAMA: Ötən həftə 1 365,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

 

10cd4b59982992a6198e50c8b64c1b2e.jpg
10.03.2025 12:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən martın 3-dən 9-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

 

ANAMA-dan TED.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 90, tank əleyhinə 48 mina və 605 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Ötən həftə ərzində 1365,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

TED + bölməsindən digər xəbərlər

Daha çox