AZ

Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb - İKTA

6ad9b6b51b7ea1e0bc83f9f3b6c6bdfa.jpg
10.03.2025 15:40

Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb.

 

TED.az xəbər verir ki, bunu bu gün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

 

 

O qeyd edib ki, Azərbaycanda internetin sürəti zəif deyil.

 

“Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir”,- deyə o qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox