Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb

2025-ci ilin aprel ayının 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan keçiriləcək.
TED.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, həmçinin avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq.
"İmtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və 10 mart saat 14:00‑dan 30 mart saat 18:00-dək müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
exidmet.dim.gov.az/elimt/SurucuTest
2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat.
exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest
3. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat
exidmet.dim.gov.az/elimt/AvtOperTest
“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə Regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir",- deyə məlumatda qeyd edilib.
TED + bölməsindən digər xəbərlər
“İstehlakçı hüquqları” mövzusunda keçirilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılıb


Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


Ukrayna bu il 4,5 milyon pilotsuz təyyarə almağı planlaşdırır


“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib


“Nokia”nın təmsilçisi: Tezlik verilən kimi, biz Azərbaycanda 5G infrastrukturunun reallaşdırılmasına hazır olacağıq


“Subaylıq haqqında arayış”ı rəqəmsal formada əldə etmək mümkün olub


Orxan Məmmədov: Hazırda KOBİA tərəfindən kiçik sahibkarlıq subyektlərinə “startap” şəhadətnaməsi təqdim edilir

Çinin aparıcı universitetləri süni intellekt və strateji sahələrdə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır


Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb


Sabahın hava PROQNOZU

DYP-dən növbəti çağırış: Dumanlı havada qəza riski artır!


Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb


Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb - İKTA


Ötən il Azərbaycanda 14 elektron pul təşkilatına lisenziya verilib


Sabahın hava PROQNOZU


“X” sosial şəbəkəsi çöküb?


“Microsoft” Cənubi Afrikada süni intellekt sahəsinə 298 milyon dollar sərmayə qoyur


İnternet və mobil bankçılıq xidmətləri vasitəsilə müştəri köçürmələrinin həcmi artıb


ANAMA: Ötən həftə 1 365,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib


Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 4-ü isə icrası məcburi göstəriş verilib


Martın 10-da magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq


Həftənin ən çox oxunanları
8 Marta özəl 8% keşbek


8 martda hava necə olacaq?


DYP bu yolla bağlı sürücülərə xəbərdarlıq edib


Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər


Azərbaycanda bu lampaların satışı qadağan edilir


"digital.login" vahid giriş sisteminə qoşulan informasiya sistemlərinin sayı açıqlanıb


AAYDA sürücüləri bu yolda diqqətli olmağa çağırdı


Azərbaycanda bu şəxslər mülki odlu silah əldə edə biləcəklər


"mygov"un istifadəçi sayı 960 mini ötüb

