Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

Ötən il ərzində ölkə üzrə bankomatların sayında 6,2 faiz, o cümlədən regionlarda yerləşən bankomatların sayında isə 2,7 faiz artım müşahidə edilib.
TED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Bu ilin əvvəlinə dövriyyədə olan POS-terminalların sayı 2023-cü illə müqayisədə 38,4 faiz artaraq 119,5 min ədədə bərabər olub. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 41,4 faiz artaraq 117,3 min ədəd təşkil edib. Quraşdırılmış POS-terminalların 98,1 faizi təmassız ödənişləri dəstəkləyir. Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 17,1 min və ya 61,6 faiz artıb.
Əməkhaqqı kart sahiblərinin nağdsız ödənişlərdən istifadə vərdişlərində kəskin artım müşahidə olunur. Belə ki, 2024-cü ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 47 faizi nağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə həyata keçirilən ödənişlərdə isə nağdsız əməliyyatların çəkisi son 3 il ərzində 8 faiz bəndi artaraq 16 faizə bərabər olub. Texnoloji həllərin inkişafının istehlakçıların davranışına təsiri illər ərzində kartların istifadə vasitəsinə də əhəmiyyətli təsir göstərib. 2019-cu ildə kart əməliyyatlarının say üzrə 52 faizi bankomatlar vasitəsilə aparıldığı halda, 2024-cü ildə bu göstərici 10 faizə enib.
Kartlarla aparılan əməliyyatlarda POS-terminal ödənişlərinin say üzrə çəkisi 2019-cu ildə 17 faiz olduğu halda, 2024-cü ildə müvafiq göstərici 34 faizə yüksəlib.
Ən böyük artım isə elektron ticarətdə müşahidə edilir. 2019-cu ildə kart əməliyyatlarının 31 faizi e-ticarət üzərindən həyata keçirilirdisə, 2024-cü ildə bu göstərici 56 faizə çatıb.
Ödəniş kartları vasitəsilə ölkəxarici nağdsız ödənişlərin 54,2 faizi pərakəndə ticarət, 15,6 faizi nəqliyyat, 12,7 faizi səyahət və əyləncə, 6,7 faizi biznes xidmətləri, 2,8 faizi təhsil, 2,1 faizi bank və maliyyə xidmətləri, 5,9 faizi isə qeyd olunanlardan başqa digər ödənişləri əhatə edir. Ödəniş kartları vasitəsilə ölkədaxili nağdsız ödənişlərin 77,5 faizi bank və digər maliyyə xidmətləri, 12,7 faizi isə pərakəndə ticarət ödənişləri əhatə edir.
TED + bölməsindən digər xəbərlər
“İstehlakçı hüquqları” mövzusunda keçirilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılıb


Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


Ukrayna bu il 4,5 milyon pilotsuz təyyarə almağı planlaşdırır


“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib


“Nokia”nın təmsilçisi: Tezlik verilən kimi, biz Azərbaycanda 5G infrastrukturunun reallaşdırılmasına hazır olacağıq


“Subaylıq haqqında arayış”ı rəqəmsal formada əldə etmək mümkün olub


Orxan Məmmədov: Hazırda KOBİA tərəfindən kiçik sahibkarlıq subyektlərinə “startap” şəhadətnaməsi təqdim edilir

Çinin aparıcı universitetləri süni intellekt və strateji sahələrdə imkanları genişləndirmək üçün tələbə qəbulunu artırır


Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb


Sabahın hava PROQNOZU

DYP-dən növbəti çağırış: Dumanlı havada qəza riski artır!


Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb


Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb - İKTA


Ötən il Azərbaycanda 14 elektron pul təşkilatına lisenziya verilib


Sabahın hava PROQNOZU


“X” sosial şəbəkəsi çöküb?


“Microsoft” Cənubi Afrikada süni intellekt sahəsinə 298 milyon dollar sərmayə qoyur


İnternet və mobil bankçılıq xidmətləri vasitəsilə müştəri köçürmələrinin həcmi artıb


ANAMA: Ötən həftə 1 365,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib


Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub, 4-ü isə icrası məcburi göstəriş verilib


Martın 10-da magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq


Həftənin ən çox oxunanları
8 Marta özəl 8% keşbek


8 martda hava necə olacaq?


DYP bu yolla bağlı sürücülərə xəbərdarlıq edib


Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər


Azərbaycanda bu lampaların satışı qadağan edilir


"digital.login" vahid giriş sisteminə qoşulan informasiya sistemlərinin sayı açıqlanıb


AAYDA sürücüləri bu yolda diqqətli olmağa çağırdı


Azərbaycanda bu şəxslər mülki odlu silah əldə edə biləcəklər


"mygov"un istifadəçi sayı 960 mini ötüb

