AZ

Bazar günü karantini pozan 4 nəfər həbs edilib

 

133fafa3f0bda96d899e8c699ad8a963.jpg
06.07.2020 11:48

Həftənin bazar günü xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs edilib, 2294 nəfər inzibati cərimə olunub.

 

TED.az xəbər verir ki, iyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib. 

 

Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2 294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox