Yaxın günlərdə 190 manatlıq müavinətlərin verilməsi təmin ediləcək - Nazirdən AÇIQLAMA
"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək".
TED.az xəbər veir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.
Nazir bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə qeyd etdiyi kimi, “Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.
S.Babayev diqqətə çatdırıb ki, iş yerlərinin qorunması, eləcə də özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən bu sektorda əmək müqavilələrinin sayında da 120 minə yaxın (19%) artım olub. Ümumən bu il avqustun 1-nə əmək müqavilələrinin sayı 1 mln. 660 min olmaqla, bu müqavilərinin sayında 6% artım qeydə alınıb. Əmək haqqı fondu isə 8% artıb, o cümlədən özəl sektor üzrə bu artım 15% olub.
Nazir yeni DOST mərkəzlərinin yaradılması, reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində aparılan işlər barədə də məlumat verib. Bu il 8 yeni reabilitasiya mərkəzinin açılmasının nəzərdə tutulduğunu, nəticədə il ərzində reabilitasiya xidmətləri göstərilənlərin sayının iki dəfə artaraq 28 minə çatacağını deyib.
TED + bölməsindən digər xəbərlər
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Samsung-un gəlirləri zirvəyə çatdı
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Nvidia Tətbiq Yeniləməsi
Galaxy AI yeni dil dəstəyi qazandı!
iPhone 17 Pro Max-ın soyutma sistemi onu dondurdu!
Google Gemini rekord qırdı!
DJI Neo 2 əl dronu təqdim edildi
2026-cı ilin ən çox gözlənilən texnoloji məhsulları!
Microsoft paylaşdı: Xbox satışları kəskin düşdü!
Samsung: Süni zəkaya yönəlmiş HBM4 yaddaşı yolda
Microsoft-un baş direktorundan maraqlı açıqlama
Nokia-nın bazar dəyəri pik həddə çatır
Apple iPad üçün yeni tətbiqlər yayımlayacaq
Xiaomi 15 üçün HyperOS 3 Ümumdünya Paylanmasına Başlandı
YouTube süni intellekt ilə videoları HD-yə yüksəldir
Nvidia bazar dəyəri ilə rekord qırdı!
Microsoft məlumat mərkəzlərinin sayını iki dəfə artıracaq
OpenAI rəsmi şəkildə öz alimlərini yetişdirəcək
Galaxy S25 Plus yandı!
Google Play-də böyük dəyişiklik
Instagram Reels alqoritmi üçün sevindirici xəbər
Google bağlanmış nüvə stansiyasını yenidən işə salacaq
Həftənin ən çox oxunanları
Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
Sony İlk 200MP Kamera Sensorunu Hazırlayır!
Xiaomi 17 Air gəlir!
Windows 10 dəstəyinin bitməsi Mac satışlarını artırdı
Microsoft Copilot-a Yeni Süni Zəka Xarakteri: Mico
Xbox imkansızı bacardı! Yaponiyada rekord səviyyədə artım!
Modulyar telefon HMD Fusion 2 yoldadır
iPhone 18 Elon Maskı sevindirəcək!
Apple M6 iPad Pro yeni soyutma sistemi ilə gəlir
iPhone kamerasına səviyyə qazandıran tətbiq!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




